Zelenski Sırskini vəzifəsindən azad edə bilər

Dünya

19.07.2026 - 16:41

Prezident Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının istefasını nəzərdən keçirir

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən azad etməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Ukrayna administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Zelenski bu həftə sonu cəbhədəki vəziyyətlə bağlı qiymətləndirmələrini dinləmək və ordu komandiri vəzifəsinə potensial namizədlərlə görüşlər keçirmək üçün hərbi komandirləri toplayır.

Mənbə qeyd edib ki, Zelenski cəbhə xəttində Ukraynanın müdafiəsini pozmadan qoşun komandanlığının "rəvan keçidini" təmin edəcək bir komandir taparsa, Sırskini vəzifəsindən uzaqlaşdırmağa hazırdır.

“Financial Times”ın məlumatına görə, Ukrayna Prezidenti Mixaylo Fedorovun müdafiə naziri vəzifəsindən azad edilməsi ilə bağlı Ukrayna şəhərlərində baş verən kütləvi etirazlardan sonra Sırskinin istefasını nəzərdən keçirir.

Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi nəşrə bildirib ki, Sırskinin problemi Ukraynanın müharibədə necə qalib gələ biləcəyinə dair inandırıcı bir vizyonu ifadə edə bilməməsidir.

Mənbə nəşrə bildirib: "Problemlərdən biri Sırskinin necə qalib gəlməyi planlaşdırdığından xəbərsiz olmasıdır. Sırskinin qələbə nəzəriyyəsi mümkün qədər uzun müddət davam gətirmək və daha çox insanı səfərbər etməkdən ibarətdir".

Qeyd edək ki, iyulun 12-də Zelenski Ukraynanın Baş naziri Yuliya Svırıdenkonun istefasını qəbul etdi ki, bu da avtomatik olaraq bütün kabinetin istefası demək idi. Ukrayna Ali Radası iyulun 14-də hökumətin istefasını təsdiqlədi. Növbəti gün Mixaylo Fedorovun yenidən Ukraynanın müdafiə naziri təyin olunmayacağı və yeni kabinetin üzvü olmayacağı bəyan edildi.

Fedorovun vəzifədən çıxarılması kütləvi etirazlara səbəb olub. Ukraynanın bir çox şəhərində etirazlar keçirilir. 17 iyulda "İnterfaks-Ukrayna" agentliyi Kiyevdə keçirilən etiraz aksiyasında 10.000 insanın iştirak etdiyini yazıb.

Keçmiş müdafiə naziri özü jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin istefasında israr edib. Fedorovun sözlərinə görə, Sırskinin özü istefa verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş