Koronavirus sürətlə yayılmaqda davam edir
Kanadada koronavirusa yoluxanların sayı 15 822 nəfərə çatıb, 300-dın insan dünyasını dəyişib.
AYNA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bundan əvvəl 14 404 yolxuma və 258 ölüm barədə məlumat verilmişdi.
Nazirliyin aprelin 6-na olan məlumatına görə, ölkədə 15 822 nəfərdə koronavirus aşkarlanıb, 293 nəfər isə bu virusun qurbanı olub.
Ən çox yoluxma halları Kvebek (7944) və Ontarioda (4347) qeydə alınıb.