Japarov Qırğızıstan Prezidenti postunu tutmağa çox yaxındır

Dünya

10.01.2021 - 21:42

Qırğızlar referendumda prezident idarəçilik formasının qalmasına tərəfdar olublar

 

Qırğızıstanda Prezident səlahiyyətlərini icra edən Sadır Japarov növbədənkənar prezident seçkilərində qalib gəlmək üzrədir. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 92 faizində səslərin sayıldığını açıqlayıb.

 

Göstəricilərə görə, Japarov 79 faiz səslə öndədir. Ona 1 milyon 40 min seçici səs verib. Səslər tam sayıldıqdan sonra MSK ilkin nəticələri elan edəcək.

 

Qeyd edək ki, bu gün prezident seçkiləri ilə eyni vaxtda Qırğızıstanda idarəçilik forması üzrə referendum da keçirilib. MSK-nın məlumatına görə, bülletenlərin 75 faizi hesablandıqdan sonra 80 faizdən çox seçicinin prezident idarəçilik formasını dəstəklədiyi məlum olub.

Müəllif: Ayna.az