Çökən 17 binadan 8-də axtarış-xilasetmə işləri davam edir
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62-yə çatıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, yeraltı təkanlar zamanı 940 nəfər yaralanıb və 218 nəfərin müalicəsi davam edir. Bu xəstələrdən səkkizi reanimasiyadadır, onlardan üçünün vəziyyəti ağırdır.
Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 8-də axtarış-xilasetmə işləri davam edir.
İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.