İtaliyada bir sutkada koronavirusdan 348 nəfər ölüb
İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 800 yoluxma halı qeydə alınıb.
AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə. bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,166 milyon nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 348 nəfər ölüb, ölənlərin ümumi sayı 75 680 nəfər təşkil edir.