İtaliyada pandemiya qurbanlarının sayı 18 mini keçib

Dünya

09.04.2020 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

İtaliyada son 24 saatda 610 nəfər koronavirusun qurbanı olub.

 

AYNA xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.

 

Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.

 

İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş