İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötüb

Dünya

10.03.2020 - 02:56

Həkimlər Klinikalar SEO Xidməti

İtaliyada koronavirusa yoluxanların sayı artıb 

 

Son gün ərzində İtaliyada 
koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

 

O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. “Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir", - Borelli keçirdiyi brifinqdə qeyd edib.

 

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172 nəfərə çatıb.

 

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş