İtaliyada komendat saatı etirazlara səbəb olub

Dünya

24.10.2020 - 17:23

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

İtaliyada koronavirusa yoluxanların sayı artdığı üçün təcrid tədbirləri artırılmağa başlanılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, komendant saatının elan olunduğu şəhərlərdə etiraz aksiyalarına start verilib.

 

İtaliya Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə 19 min 143 nəfərdə virus aşkarlanıb, 91 nəfər isə dünyasını dəyişib. Ölkədə virusa yoluxanların ümumi sayı isə 484 min 869-a, ölənlərin sayı isə 37 min 59-a çatıb.

 

Artıq İtaliyanın Kampania, Lazio və Lombardiya bölgələrində komendant saatı elan edilib. Komendat saatına etiraz olaraq ölkənin bəzi şəhərlərində etirazlar başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş