İtaliyada ikinci dalğa: Bu dəfə ölüm daha çox olacaq

Dünya

06.05.2020 - 13:51

cedabet dərman SEO Xidməti

Əhalinin 40 faizi normal həyata qayıtsa, 23 mindən çox insan yoluxaraq ölə bilər

 

İtaliya koronavirus səbəbindən ölüm sayına görə, ABŞ-dan sonra ikinci sırada dayansa da, karantin yumşaldılacaq. Digər tərəfdən, İtaliyada ikinci COVİD-19 dalğasının başladığı haqqında xəbərlər yayılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, son araşdırma nəticəsinə görə İtaliyada koronavirusun növbəti dalğası olarsa, ölkə buna hazır deyil. Bu səbəbdən növbəti dalğada ölüm hallarının daha çox olma ehtimalları var.

 

Londonun “Imperial College” Mərkəzinin riyazi hesablamalarına görə, İtaliya sərt karantinlə ilk COVİD-19 dalğasını dəf edə bildi, vəziyyəti nəzarətə aldı. Ancaq bu tədbir planı müvəqqətidir. Növbəti dalğada ölüm faizi daha çox olacaq. Hesabata görə, İtaliya əhalisinin 20 faizi normal həyata qayıtsa 5 min, 40 faizi qayıtsa isə 23 mindən çox insan yoluxaraq ölə bilər.

 

Qeyd edək ki, bu günə qədər İtaliyada 29 315 nəfər həyatını itirib, yoluxma faktı isə 213  mindən çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş