İtaliyada gün ərzində koronavirusdan 250 nəfər ölüb

Dünya

14.03.2020 - 04:50

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər təşkil edib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.

 

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 1 266 nəfərə çatıb.

 

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir.

 

Daha əvvəl koronavirusdan 1 016 nəfərin öldüyü, 12 839 nəfərin yoluxduğu bildirilirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş