Yariv Kevin: “Biz yenidən seçkilərə gedirik”
23-cü çağırış Knesset (İsrail parlamenti) ölkənin cari il üçün dövlət büdcəsinin təsdiqi müddəti başa çatdığı üçün çərşənbə günü Bakı vaxtı ilə saat 02:00-da avtomatik olaraq buraxılıb, yəhudi dövlətində erkən parlament seçkiləri 2021-ci il martın 23-də keçiriləcək.
AYNA bildirir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu xəbər verib.
“Biz yenidən seçkilərə gedirik”, - deyə Palatanın spikeri Yariv Levin 23-cü çağırış parlamentin sonuncu plenar iclasını bağlayarkən bildirib.