İsrail Ordusu Qəzza zolağı sakinlərinə xəbərdarlıq edib

Dünya

08.10.2023 - 08:45

cedabet dərman SEO Xidməti

Aviçai Adrai: "Təhlükəsizliyiniz üçün dərhal yaşayış yerinizi tərk etməlisiniz"

İsrail Ordusu HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları ilə bağlı Qəzza zolağı sakinlərinə evlərini tərk etməyə çağırıb.

AYNA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın əməliyyatları İsrail Silahlı Qüvvələrini Qəzza ərazisində əməliyyatlar keçirməyə məcbur edir: “Təhlükəsizliyiniz üçün dərhal yaşayış yerinizi tərk etməlisiniz”.

Bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahu da mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş