İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı uzadıb

Dünya

11.06.2020 - 03:12

Xarici vətəndaşların İsrailə girməsinə qadağa martın ortalarında tətbiq edilib


İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini iyulun 1-dək uzadıb. AYNA bildirir ki, bu barədə “Maariv” qəzeti xəbər verib.

 

“Əcnəbilərin beynəlxalq aviaşirkətlərlə İsrailə girişinə qoyulan məhdudiyyətlər iyulun əvvəlinə qədər uzadılıb. Beynəlxalq aviaşirkətlər İsrailə daxil olan əcnəbilərə tətbiq olunan məhdudiyyətlərin davamlı koronavirus pandemiyası səbəbindən ən azı 1 iyuladək uzadıldığı barədə məlumatlandırılıblar”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, xarici vətəndaşların İsrailə girməsinə qadağa martın ortalarında tətbiq edilib. Xaricdən evə qayıdan israillilər iki həftəlik karantin dövrü keçməlidirlər.

Müəllif: Ayna.az