Koronavirusdan ölənlərin sayında azalma qeydə alınıb
Koronavirusun ən çox can aldığı ikinci ölkə İspaniya ilə bağlı sevindirici xəbərlər yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, gündəlik 900-dən çox ölüm faktının qeydə alındığı ölkədə azalma müşahidə olunub.
Belə ki, İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində virusdan 637 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 13055 nəfərə yüksəlib. Koronavirusa yoluxanların ümumi sayı isə 135032 nəfərdir.
Krallığın Baş Naziri Pedro Sançez ölkədə ümumi karantin rejiminin aprelin 26-a qədər davam edəcəyini bildirib.