Hadisə ilə əlaqədar olaraq istintaq işi başladılıb
Meksikanın paytaxtı Mexiko şəhərində narkotik maddələrin ələ keçirilməsi üçün əməliyyat işi başladılıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı 42 ədəd kəllə sümüyü, həmçinin çox sayda sümük parçaları aşkar olunub.
Hadisə ilə bağlı olaraq 31 nəfərin nəzarətə götürüldüyü, lakin 27-nin sonradan sərbəst buraxıldığı vurğulanıb.
Mexiko prokurorluğundan verilən açıqlamada isə kəllə sümüklərindən 4-nün bir cəsədin ətrafına düzüldüyü ifadə edilib.
Hadisə ilə əlaqədar olaraq istintaq işi başladılıb.