İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

Dünya

25.03.2020 - 16:12

cedabet dərman SEO Xidməti

Artıq bu Avropa ölkəsində “təclı bəla”nın qurbanlarının sayı 3434 nəfərə çatıb

 

Koronavirus bəlası İspaniyada hər gün yüzlərlə insanın həyatına son qoyur. AYNA xarici mediaya istinadən xəbər verir ki, artıq İspaniyada virusdan ölənlərin sayı 3434 nəfərə çatıb.

 

Bu ölüm sayı Covid-19-un mənbəyi olan Çini də arxada qoyub. Hazırda virusa yoluxma və ölüm halları İtaliya və İspaniyada sürətlə artır.

 

İspan höküməti insanların çölə çıxmasının qarşısının alınması üçün qadağaları daha da sərtləşdirib, əsgərlər bütün küçələrə nəzarət edirlər. Ölkənin bir necə iaşə obyekti xəstəxanaya çevrilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş