İŞİD-in İraqdakı 3 düşərgəsi bombalandı

Dünya

21.06.2020 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

Terrorçuların sığınacaqları Vadi əl-Şey şəhərinə hava zərbəsi nəticəsində məhv edilib

 

ABŞ-ın rəhbərlik etdiyi Antiterror Koalisiyasının qüvvələri İraq hökumətinin köməyi ilə İŞİD terrorçularını üç düşərgəsini məhv edib. AYNA xarici mediaya istinadən bildirir ki, terrorçuların sığınacaqları iyunun 19-da İraqın Vadi əl-Şey şəhərinə hava zərbəsi nəticəsində məhv edilib.

 

Koalisiyanın sözçüsü polkovnik Miles Kaggins bildirib ki, hər hava hücumu terrorçuların məğlubiyyətinə nail olmaq üçün İraq hökumətinin tələbi ilə həyata keçirilir. Koalisiya, həmçinin bildirir ki, Vadi əl-Şey Kərkük əyalətində terror yuvası olaraq tanınır.

 

Qeyd edək ki, mayın 26-da İŞİD-in yerli lideri Muataz əl-Caburinin məhvi barədə məlumat verilib. Onun İraqın cənubunda öldürüldüyü bildirilir.

 

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq Antiterror Koalisiyası 2014-cü ildən bu yana İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş