İraqda ara qarışıb, hökumət tətil elan edib

Dünya

20.01.2020 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində etirazçıların yaralandığı bildirilir

 

İraqın, paytaxt Bağdad da daxil olmaqla, müxtəlif şəhərlərində küçələrə çıxan etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşmalar yaradıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, davam edən etirazlar səbəbiylə bəzi şəhərlərdə dövlət tətil elan etməyə məcbur qalıb.

 

Belə ki, hökümət əleyhinə etiraz edən nümayişçilər dünən gecə Bağdadda yenidən etiraz aksiyalarına başlayıblar. Yerli media təhlükəsizlik qüvvələrinin Təhrir meydanına toplaşan etirazçılara müdaxilə etməyə çalışdığını, lakin etirazçıların buna mane olduğunu, yollarda və körpülərdə su şinlərini yandırdıqlarını vurğulayıb.

 

Bundan əlavə, Təhrir meydanına yaxın olan Tayaran meydanında nümayişçilərə atəş açmaqla müdaxilə edildiyi də iddia edilib. Hadisə nəticəsində etirazçıların yaralandığı da əlavə edilib.

 

Qeyd edək ki, İraqda işsizlik, korrupsiya və dövlət xidmətlərinin yetərsiz olması səbəbindən oktyabrın 1-dən etibarən nümayişlərə start verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş