İranda indiyədək koronavirusdan 2731 nəfər sağalıb
İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani koronavirusdan sağalıb.
AYNA İran KİV-nə istinadən xəbər verir ki, katrantində saxlanılan nazir artıq xəstəxanadan evə buraxılıb. Rəhmani müayinəsini evində davam etdirəcək.
Xatırladaq ki, Rəhmanidə kroonavirus martın 4-də təsbit edilmişdi. O, vəziyyəti ağırlaşdığından reanimasiyaya yatırılmışdı.
Qeyd edək ki, İranda indiyədək koronavirusdan 2 min 731 nəfər sağalıb. 291 nəfər Covid-19-dan dünyasını dəyişib. Ümumi yoluxanların sayı isə 8 mini ötüb.