Son 24 saat ərzində daha bir nəfərin ölüb, bir nəfər itkin düşüb
İranda sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 26 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə İran Fövqaladə Hallar Təşkilatının sözçüsü Mujaba Halidi açıqlama verib.
O, son 24 saat ərzində Yəzd vilayətində baş verən sel nəticəsində daha bir nəfərin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Qeyd edək ki, martın 22-dən etibarən İranın cənub-şərqində yağan leysan sel fəlakətinə səbəb olub. Çoxsaylı insan itkisi ilə yanaşı, kənd təsərrüfatı sahələri və infrastruktura da ciddi ziyan dəyib.