Tehran ABŞ hərbi infrastrukturuna zərbə vurmağa hazırlaşır
İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsinə İranın cavabı hərbi yolla olacaq.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Ali hideri Əli Xameneinin həbri müşaviri Hüseyin Dehqan CNN-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehran Süleymaninin ölümünə ABŞ hərbi infrastrukturuna zərbə vurmaqla reaksiya göstərəcək.
İranlı general hücumun mümkün hədəflərini açıqlamayıb, lakin o, İslam İnqilabı Keşikçilər Korpusunun rəhbərlərindən birinin öldürülməsinə cavab olaraq hücumun müxtəlif hərbçi qrupların üzvləri deyil, birbaşa İran silahlı qüvvələri tərəfindən həyata keçiriləcəyini vurğulayıb.
Xatırladaq ki, Qasım Süleymani yanvarın 2-də İraqın paytaxtı Bağdad yaxınlığında, ABŞ hərbi qüvvələri tərəfindən həyata keçirilən hava hücumu nəticəsində öldürülüb. Onunla birlikdə daha dörd nəfər, o cümlədən dörd xüsusi təyinatlı zabit, habelə bir neçə yüksək vəzifəli məmur öldürülüb.
Hücum əmri Qasım Süleymanini "terrorçu lideri" adlandıran ABŞ prezidenti Donald Tramp tərəfindən verilib.