Çarəsiz həkimlər motosklet kaskalarından istifadə edirlər
Hindistanda koronavirusla bağlı mübarizə aparan tibbi personalın özünün virusdan qorunması üçün lazımi vasitələr çatışmır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, tibb işçiləri çarəsiz vəziyyətdə qalıblar.
Tibbi qoruyucu ləvazimatlara tələbat o qədər artıb ki, həkimlərin özlərinin virusa yoluxması halları çoxalıb. Dehli və Mumbay xəstəxanaları virusa yoluxmuş həkimlərə görə bağlanıb. Eləcə də həkimlər arasında işindən uzaqlaşanlar da qeydə alınıb.
Vəziyyət o həddə çatıb ki, həkimlərin çoxu yağışdan qorunmaq üçün geyinilən selofan geyimdən və motosiklet dəbilqələrindən, kaskalarından istifadə etməli olurlar.
Məlumatda qeyd olunur ki, polis sıralarında da virusdan qorunmaq üçün qoruyucu vasitə çatışmazlığı yaranıb.
Qeyd edək ki, Hindistanda 8500 nəfərdən çox insanda koronavirusa yoluxma halı qeydə alınıb, 290-dan çox insan isə ölüb. İlk 100 hal böyük şəhərlərdə baş vermişdi, amma indi daha kiçik şəhər və əyalətlərdə virusa yoluxma halları artır.