HƏMAS ofisini Qətərdən İraqa köçürəcək

Dünya

25.06.2024 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

“The National”: İraq hakimiyyəti bu qərarı bir ay əvvəl təsdiqləyib

Fələstinin radikal HƏMAS hərəkatı siyasi ofisini və mətbuat mərkəzini Qətərdən İraqın paytaxtı Bağdada köçürəcək. AYNA xəbər verir ki, bu barədə “The National” jurnalı təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.

İraq hakimiyyəti bu qərarı bir ay əvvəl təsdiqləyib, baxmayaraq ki, silahlı liderlər ABŞ, Misir və Qətərin qarantiyası ilə Qəzza zolağında münaqişəyə son qoymaq üçün aparılan sülh danışıqlarının dalana dirənməsi nəticəsində yaranan hərəkətin dəqiq vaxtı barədə hələ qərar verməyiblər.

Jurnalın həmsöhbətləri qeyd ediblər ki, İran Bağdadda HƏMAS-ın təhlükəsizliyini təmin edəcək və təhlükəsizlik məsələlərinə nəzarət edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş