Türkiyə Prezidentini Azərbaycan Prezidenti İlham Əliyev yola salıb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb.
AYNA.AZ xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola salıblar.