Gürcüstanda fövqəladə vəziyyət elan olundu

Dünya

21.03.2020 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır 

 

Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.

 

AYNA xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

 

O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.

 

Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.

 

Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş