Gürcüstanda “exit-poll”un nəticəsi açıqlanıb

Dünya

31.10.2020 - 21:08

“Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55% səs əldə edib

 

Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

 

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.

 

Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş