Goranboyda yas mərasimi keçirənlər saxlanılıb

Hadisə

25.03.2021 - 10:58

Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib

 

Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

 

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Müəllif: Ayna.az