Mingəçevirdə bir yaşlı uşağın üzərinə qaynar su aşıb

Hadisə

25.10.2019 - 04:12

Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb

 

Mingəçevir şəhərində valideyinlərin ehtiyatsızlığı üzündən qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü şəhər sakini Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki,  hadisə Günəşli yaşayış
massivində baş verib.

 

Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Müəllif: Ayna.az