Qəzada 2 nəfər xəsarət alıb
Gecə saatlarında qəfil magistral yola çıxan camış ağır qəzaya səbəb olub.
AYNA-nın "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb. Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağla araşdırma aparılır.