Fransanın cənubunda kater qəzasında 12 nəfər yaralanıb

Dünya

10.09.2023 - 08:15

cedabet dərman SEO Xidməti

İki gəmidə olan 21 nəfərin hamısı xilas edilib

Fransanın cənubunda yüksək sürətlə hərəkət edən gəzinti katerinin dayverlərin qayığına çırpılması nəticəsində 12 nəfər yaralanıb.

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Marsel yaxınlığında, Aralıq dənizində baş verib.

İlkin məlumatlara görə, göyərtəsində yeddi turistin olduğu qayığın idarəetməsi itirilib və yüksək sürətlə Kruazet burnu yaxınlığında sahildən 900 metr aralıda 14 nəfərin olduğu taxta gəmiyə çırpılıb. Zərbə sonucunda ikincinin daxması dağılıb və kapitan dənizə atılıb. Ürəyi dayandığı üçün xilasedicilər onu reanimasiya etməli olublar.

"İki gəmidə olan 21 nəfərin hamısı xilas edilib", - radiostansiya hökumətdəki mənbəyə istinadən bildirib. Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 10 gəmi və xilasetmə xidməti, jandarm və polis qüvvələri cəlb olunub.

Marsel merinin köməkçisi Erve Manşon sosial şəbəkədə turistlərin olduğu qayığın kapitanının saxlanıldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş