Fransada xəstəxanalardan 11 mindən çox tibbi maska oğurlanıb

Dünya

07.03.2020 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Bu günədək Fransada 577 nəfər koronavirusa yoluxub

 

Paris və İl-de-Frans bölgəsindəki xəstəxanalardan koronavirus epidemiyasının başladığı vaxtdan indiyədək 11 mindən çox tibbi maska və 1,4 min flakona yaxın dezinfeksiya maddəsi oğurlanıb.

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Regional Səhiyyə Mərkəzindən məlumat verilib.

 

Qeyd edilir ki, söhbət birdəfəlik və FFP2 tipli maskalardan gedir. 11 mindən 2 minə yaxını ötən istirahət günlərində Parisin 18-ci dairəsində yerləşən Bişa xəstəxanasından oğurlanıb.

 

Martın əvvəlində isə oğrular Marsel xəstəxanasından 2 min tibbi maska oğurlamışdı.

 

Qeyd edək ki, bu günədək Fransada 577 nəfər koronavirusa yoluxub, 9 nəfər dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş