Fransada koronavirusa yoluxanların sayı 33 minə yüksəlib

Dünya

28.03.2020 - 07:42

Fransada koronavirus sürətlə yayılır 

 

Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

 

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 995 nəfərə çatıb:

 

“Son 24 saatda ölkədə 3 809yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 32 964-ə çatıb”.

 

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş