Moskva transsərhəd əməkdaşlığa dair sazişi ləğv edib
Finlandiyanın səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona transsərhəd əməkdaşlığa dair sazişin ləğv edildiyi bildirilib. AYNA xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yerləşdirilib.
Bildirilib ki, bu qərar Helsinkinin Moskvaya qarşı qarşıdurma xarakterli hərəkətlərinə, o cümlədən ticarət, iqtisadi və regionlararası əlaqələrin kəsilməsinə, habelə ruslara giriş vizası verilərkən milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmasına cavab olaraq qəbul edilib.
Müqavilənin 2024-cü il yanvarın 24-də ləğv ediləcəyi bildirilib.
Bundan əvvəl Finlandiya Sərhəd Mühafizəsi Rusiya-Finlandiya sərhədində hasarın sınaq hissəsinin tikintisinin başa çatdığını açıqlamışdı.