FHN və AZAL birgə məlumat yayıb

Xəbərlər

25.12.2024 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Hava Yolları” QSC (AZAL) qəzaya uğrayan təyyarə ilə bağlı birgə məlumat yayıb.

AYNA xəbər verir ki, birgə məlumatda “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcəyi bildirilir.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş