Vətəndaşlar ictimai müzakirə və dinləmənin təşkilini öyrənə bilmələri üçün video-bələdçi hazırlanıb
AYNA xəbər verir ki, bu bələdçilərdə vətəndaşların özləri tərəfindən heç bir təşkilat yaratmadan onları narahat edən məsələlər barədə İctimai müzakirə keçirilmələri qaydaları və vətəndaşalrın bunun üçün nə etməli olduqları izah olunub. Belə ki, 22 noyabr 2013-cü ildə qəbul edilmiş və 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində qeyd olunur ki, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.
Eyni zamanda “İctimai nəzarət” Yotube kanalında İmişli, Sabirabad, Hacıqabul, Saatlı rayonalrında keçirilən ictimai dinləmələrin, Təşkilat Komitələrinin iclaslarının video yazıları yerləşdirilib.(https://www.youtube.com/channel/UCHH_hncFe3nY8SfGgTdEIDg)
Bu Bələdçilər Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü çərçivəsində hazırlanıb.
Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.