Parlament cəmi 1 saat müddətində 35 məsələnin müzakirəsini yekunlaşdırıb
Milli Məclisin bu gün keçirilən plenar iclası başa çatıb. AYNA xəbər verir ki, parlament cəmi 1 saat müddətində 35 məsələnin müzakirəsini yekunlaşdırıb.
Gündəliyə daxil olan məsələlərin əksəriyyəti 2 və 3-cü oxunuş olub. Qanunlara dəyişiklik layihələri ayrı-ayrılıqda müzakirə edilib, sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.