FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Cəmiyyət

03.08.2021 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırırıq"

 

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.

 

AYNA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar əhaliyə müraciət edib.

 

Bildirilib ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

 

"Yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırırıq. Həmçinin günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur", - müraciətdə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş