Hər iki sosial şəbəkədə səhifələr yenilənmir
“Facebook” və “Instagram” sosial şəbəkələrinin işində problem yaranıb.
AYNA xəbər verir ki, şikayətlər əsasən ABŞ, Böyük Britaniya, Niderland, Sinqapur, Yaponiya, Rusiya və digər ölkələrin istifadəçilərindən daxil olub. Hər iki sosial şəbəkədə səhifələr yenilənmir, paylaşım etmək mümkün olmur.
Bəzi istifadəçilər isə şəxsi hesablarına daxil ola bilməyiblər.