“Ermənistanın NATO-ya daxil olmaqla bağlı planı yoxdur”

Dünya

01.04.2024 - 13:24

cedabet Klinikalar SEO Xidməti

Ararat Mirzoyan: “Bu məsələ gündəmdə deyil”

“Ermənistanın NATO-ya daxil olmaqla bağlı planı yoxdur”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” nəşrinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, İrəvanın Alyansla qarşılıqlı əlaqəsi var: “Lakin Ermənistanın təşkilata daxil olmaq planları yoxdur. Bu məsələ gündəmdə deyil”.

Avropa İttifaqı ilə əlaqələrdən danışan XİN rəhbəri deyib ki, bu yaxınlarda Baş nazir Nikol Paşinyan Avropa Parlamentində Ermənistanın Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqı ilə yaxınlaşmağa hazır olduğunu açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş