Son sutkada 2314 nəfər koronavirusa yoluxub, 23-ü ölüb
Ermənistanda son sutkada daha 2 min 314 nəfərdə koronavirus aşkarlanıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olun ub ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 77 min 837-yə yüksəlib. Ölkədə virusdan ölənlərin sayı daha 23 nəfər artaraq 1180-ə çatıb. Hazırda düşmən ölkədə 25 min 412 aktiv koronavirus xəstəsi var.