Əsas namizədlər Hovnan Terterian və I Aramdır
Ermənistanın Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosunun mümkün varisi vəzifəsinə üstünlük verdiyi iki namizədi müəyyən edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Əsas namizədlər ABŞ-da yaşayan Qərb yeparxiyasının rəhbəri, arxiyepiskop Hovnan Terterian və Kilikiyanın Böyük Evinin katolikosu I Aramdır.
Yazıda qeyd olunub ki, "mövcud hökumət II Qareginin səlahiyyət müddəti bitdikdən sonra yeni "boş məkan" yarada və Erməni Kilsəsində təsir imkanlarını yenidən bölüşdürə bilər".