Boğazda təxminən 6 minə yaxın dənizçi təxliyə gözləyir
Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda körfəzdə qalmış təxminən 6 min dənizçinin təxliyəsinə çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin məlumat yayıb.
Bildirilib ki, hazırda bölgədə təxminən 500 gəmidə olan 6 minə yaxın dənizçi təhlükəsizlik riskləri səbəbindən çıxılmaz vəziyyətdə qalıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) qeyd edib ki, iyulun 12–13-də hərbi əməliyyatların yenidən başlanmasından sonra dar su yolundan faktiki olaraq çox az sayda gəmi keçir.