Vurulan piyadalardan biri ölüb
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, nəticədə M.Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.