Hərbçilər bölgədəki meşə yanğınları ilə mübarizə aparacaqlar
25 iyul axşamından etibarən Fransa ordusunu ölkənin cənub-qərbindəki Bordo bölgəsindəki kütləvi meşə yanğınları ilə mübarizə aparmaq üçün yerləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Silahlı Qüvvələr ölkənin cənub-qərbindəki təbii fəlakətin miqyasını nəzərə alaraq, qərargahda şənbə axşamından etibarən yanğınsöndürənlərə dəstək olmaq üçün 1500 hərbi qulluqçunun yerləşdirilməsinə qərar verib.
Buraya ordu tibb işçiləri və meşələrin arasından keçən yolları təmizləməyə kömək etmək üçün ağır mühəndislik texnikası daxildir.
Həmçinin bölgədə yanğınla mübarizə aparmaq üçün ilk dəfə böyük ixtisaslaşmış “Airbus” A400M təyyarəsi yerləşdirilib.
Qeyd edək ki, çərşənbə günündən Bordo yaxınlığındakı Jironde departamentində başlayan yanğın böyüməyə davam edir və şəhərə doğru irəliləyir. Yeddi kommuna üçün təxliyə elan edilib. Yanğınsöndürənlər həmçinin cənub Var departamentində və Korsika adasında yanğınlarla mübarizə aparmağa davam edirlər. Jironda və Landes departamentlərindəki bütün təsirlənmiş ərazilərdən təxliyə edilən insanların sayı 200.000-ə yaxınlaşır.
Təbii fəlakət səbəbindən yaxın gələcək üçün Bordo ətrafındakı bölgəyə qatar bileti olan Fransa vətəndaşlarına pul itkisi olmadan onları geri qaytarmağa icazə verilib.