Armen Sarkisyan fərman imzalayıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb.
AYNA-nın məlumatına görə, Ermənistan Prezidenti Armen Sarkisyan Vahinak Sarkisyanın Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilməsi barədə bu gün fərman imzalayıb.
A. Sarkisyanın digər fərmanı ilə Arman Maralçyan Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı təyin olunub.