İstefa vermiş Saad Hariri yenidən baş nazir olmağa hazırdı

Dünya

31.10.2019 - 00:27

İstefa edən nazir yenidən hakimiyyətə gəlmək istəyir,  məmurlar isə bunun imkansız olduğunu düşünür 


Livanın keçmiş Baş Naziri Saad Hariri iqtisadi çöküşün qarşısını almaq üçün yeni hökümətə rəhbərlik etməyə hazır olduğunu bildirib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, livanlı məmurlardan biri bunun mümkünsüz olduğunu vurğulayıb.

 

“Yeni hökumət vəzifəyə başlayan kimi, köhnə sistemə yaxın olan bütün məmurlardan azad olmalıdır”, - deyə rəsmi şəxs əlavə edib. 

 

Saad Hariri isə yeni hökumət fəaliyyətə başlayana qədər vəzifəsinə davam etmək istədiyini söyləyib. 

 

Qeyd edək ki, Livanın siyasi elitasına qarşı başlayan kütləvi etirazlardan sonra Hariri istefa edəcəyini açıqlamışdı. 

 

Müəllif: Mərahim Nəsib