İki ölkənin lideri koronavirusla mübarizə üzrə birgə addımları müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Çin Xalq Respublikasının sədri Si Szinpin arasında telefon danışığı olub.
AYNA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.
Qeyd edilir ki, iki ölkənin lideri koronavirusla mübarizə üzrə birgə addımları müzakirə edib. Dövlət başçılarının telefon danışığında həmçinin ölkələr arasında ikitərəfli əlaqələr də diqqət mərkəzində olub.