Qəza nəticəsində 4 qadın və 3 kişi sərnişin həlak olub
Karib hövzəsində yer alan Bahama adaları yaxınlığında helikopter qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində helikopterdə olan 7 nəfər həlak olub.
Ölən şəxslərin içərisində məşhur amerikalı biznesmen Kris Klaynın da olduğu bldirilir. Klaynla birgə 6 sərnişini Floridaya aparan helikopter, havalandıqdan az sonra izləmə sistemində yoxa çıxıb.
Polis və yerli əhali helikopterin uçuşa başladığı ərazidən 3 km aralıda qəzaya aid qalıqlar tapıblar. Polis qəzada 4 qadın və 3 kişi sərnişinin həlak olduğunu açıqlayıb. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, Kris Klayn dünyada “Kömür kralı”, “Mədən biznesinin əfsanəsi” kimi ləqəblərlə tanınır.