Ərdoğan: “Şuşanı ziyarət etmək istəyirik”

Xəbərlər

31.03.2021 - 17:09

“Bayramından sonra Şuşanı ziyarət etməklə, yeni bir bayram yaşamağı istəyirik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə Qarabağ, Şuşa haqqında danışıb. AYNA-nın xəbərinə görə, Türkiyə lideri deyib ki, Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir.

 

“Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayırıq. Bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.

Müəllif: Ayna.az