Paytaxtda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub

Xəbərlər

25.11.2019 - 12:06

Sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcək

 

“Bakı-Salyan yolunun Bibiheybət qəsəbəsi yaxınlığından keçən hissəsində baş verən sürüşmə ilə əlaqədar yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcək.

 

“Ərazidə yaşayan sakinlərin və neft şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənəcək. Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər”, - Əsədov vurğulayıb.

Müəllif: Ayna.az